“QARABAĞI İTİRMƏK – AZƏRBAYCANI İTİRMƏK DEMƏKDİR!” – “Biz, bu aşağılıq kompleksindən azad olmalıyıq”
13-07-2019, 22:26
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reaksiya TV” internet televiziyasına müsahibəsində bir sıra aktual məsələlərlə bağlı fikirlərini açıqlayıb.
“AzPolitika.info”-nun məlumatına görə, ADP sədri Dağlıq Qarabağ probleminin uzun illər boyudur həll edilməməsilə bağlı sualı cavablandırarkən, çox təəssüf ki, həqiqət olan bir sıra faktları tam çılpaqlığı ilə dilə gətirib.
Son bir neçə əsrdə Azərbaycan ərazilərinin böyük hissəsinin Rusiya tərəfindən işğal edildiyini, bir hissəsinin Ermənistan və Gürcüstana verildiyini, Dağıstanı isə özünə birləşdirdiyini vurğulayan S.Cəlaloğlu, eyni siyasətin bu gün də davam etdirildiyini vurğulayıb.
“Qarabağı itirmək- Azərbaycanı itirmək deməkdir” deyən S.Cəlaloğlu Dağlıq Qarabağın işğalının da arxasında Moskvanın dayandığını, Rusiyanın başlıca məqsədinin Qafqazda Azərbaycan türklərinin mövcud olduğu ərazilərin və onların sayının maksimum azaltmaq olduğunu bildirib.
Buna rəğmən Azərbaycan dövlətinin apardığı siyasətin adekvat olmadığını, ölkədə Rusiyanın təsirinin yüksəlməsinə şərait yaradıldığını bildirib. Ölkədə kütləvi şəkildə ruslaşdırma siyasətinin yürüdüldüyünü bildirən ADP sədri, Azərbaycan xalqının buna laqeyd yanaşmasının, hətta müəyyən hissəsinin də bu siyasətdə yaxından iştirak etməsinin ölkənin gələcəyi baxımından çox təhlükəli fakt olduğunu bildirib.
Partiya sədri Azərbaycan xalqının başqa dillərdə danışmağa meyl etməsini millətdə özünə qarşı aşağılıq kompleksinin yaranması ilə izah edib. Bu kompleksdən azad olmağın vacibliyini vurğulayıb.
Sərdar Cəlaloğlunun müsahibəsindən həmin hissəni təqdim edirik: