"Səkkiz günlük istirahətə on min xərcimiz çıxdı"
20-07-2019, 11:26
Müğənni Təranə Qumral "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Təranə xanım, həyat yoldaşınız Musa Musayevin toyda sizə görə adam vurması barədə bir müddət öncə verdiyiniz açıqlama sosial şəbəkədə yenidən müzakirə edilir. Hətta fikirlərinizi kinayə ilə qarşılayanlar da var...
- Köhnə şeyləri onsuz da yazırlar. Yəqin ki, bizi çox sevdiklərindəndir. Əslində, belə şeylərə görə heç kimə müzakirə vermirəm. Ona görə də mənim haqqımda məlumat tapmayanda, keçmişi qurdalamağa başlayırlar. Çünki biz mətbuat üçün də, insanlar üçün də maraqlıyıq.
- Deyəsən istirahətdəsiniz...
- İstirahətdən qayıtmışıq, hazırda işimizə davam edirik, toylarımız var. İstirahətə balaca qızım Sevgim, Musa və mən getmişdik. Çünki sabah nəvəmin sünnət toyudur.
- Hansı nəvənizin?
- Ortancıl qızım Fidanın oğlu Mircavadın toyudur. Həm də beş yaşı tamam olur.
- Təbrik edirəm. Yəqin ki, nənə kimi böyük hədiyyəniz olacaq.
- Nənə ona toy edir də (gülür).
- Nənə toyu edib çəkdiyi xərci götürəcək də. Mən hədiyyəni soruşurdum.
- Biz toyda pul yığmırıq. Ümumiyyətlə, toylarımızda nəmər siyahısı olmur.
- Yəni, toyu nəvəyə hədiyyə edirsiz...
- Toydan sonra nəvəm Mircavadı, qızım Fidanı, kürəkənim Mircavadı istirahətə Antalyaya istirahətə göndərəcəyəm.
- Belə bir nənəmiz də olmadı...
- (gülür)
- Sirr deyilsə, istirahətə nə qədər xərciniz çıxdı?
- Bu dəfə sırf istirahətə getmişdim. İstirahətimizi İstanbulda etdik, Antalyaya getmədim. Xərci demək istəmirəm, oxuyub söyəcəklər.
- Əslində, açıqlama olmayanda daha böyük məbləğlər düşünə bilərlər...
- Səkkiz günlük istirahətə on min xərcimiz çıxdı. Çox gözəl dincəldik. Xeyli vaxtdır işləməkdən yorğun idim. Toyların qızğın vaxtının olmasına baxmayaraq, qazanmağı yox, dincəlməyi seçdim.