"Pənah bəyə deyiblər ki, sən niyə Fazil Mustafa və Qüdrət bəylə görüşmüsən?" - deputat

29-07-2019, 12:43           
"Pənah bəyə deyiblər ki, sən niyə Fazil Mustafa və Qüdrət bəylə görüşmüsən?" - deputat
Sabiq Baş nazir Pənah Hüseyn sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

AzNews.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, Pənah Hüseynin tənqid olunmasına səbəb Milli Məclisin deputatları Qüdrət Həsənquliyev və onunla eyni cay süfrəsi qarşısında oturması olub:

“Cümə günü keçmiş baş nazir Pənah Hüseyn telefonla arayaraq bir neçə partiya sədrləri ilə birlikdə Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev, BAP sədri E.Musayev və AMİP sədri A.Əlizadə iştirak edəcək. Bütün mədəni siyasi və elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul etdim və bir kafedə çay süfrəsi arxasında gilas mürəbbəsinin də müşayəti ilə maraqlı müzakirə apardıq. Yəni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi ölkəmizin daxil və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilat yarandı, nə kimsə-kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhinə danışıldı. Bir saata iki çaynik çay istehlak edərək ayrıldıq. Sonda Pənah bəy söylədi ki, bu qeyri-rəsmi söhbətləşmə barədə sosial şəbəkədə və mətbuatda bilgi vermək istəyir, orada olan partiya sədrlərindən kimsə buna etiraz etmədi. Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içində bilgi yazdı. Yəni bura qədər hər şey yolunda getdi”.

Fazil Mustafa qeyd edib ki, həmin görüşdən sonra qondarma professorlar, siyasətçilər və başqa kateqoriyadan olanlar öz rəylərində Pənah Hüseyni qınayıb: “Sən niyə Fazil Mustafa və Qüdrət bəylə görüşmüsən? Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özünə sığışdırıb bulağın gözündən su içmək istəmir! Bu nə düşüncə, bu nə anlayış? Başqa xalqlar deyirlər ki, siyasətçilərimiz bir araya gəlib mədəni müzakirə aparsınlar, ölkənin problemlərindən çıxış yolları axtarsınlar. Bunlar isə əksinə, deyirlər ki, niyə bir-birinizə düşmən olmursunuz. Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətlə dialoq aparmır. Bu cür xəstə müxalifətçiliyin daşıyıcıları olan yerdə bu müzakirə necə aparıla bilər”?.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.