Həbsdə kimlər qaldı?

18-03-2016, 00:50           
Həbsdə kimlər qaldı?
Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrup Əfv Məsələləri Komissiyasına 24 nəfərlik siyahı təqdim etmişdi

Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, prezidentin 17 mart sərəncamı ilə onlardan 15 nəfər azadlığa buraxılıb. Daha bir nəfər – jurnalist Rauf Mirqədirov həmin gün məhkəmə qərarı ilə azadlığa çıxıb.

Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrupun siyahısındakı 8 nəfər isə həbsdə qalıb: bloqçu Əbdül Əbilov, jurnalistlər Xədicə İsmayıl, Seymur Həzi, Müsavat başqanının müavini Fərəc Kərimov, hüquq müdafiəçisi İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının sədri İlqar Məmmədov, keçmiş səhiyyə naziri Əli İnsanov.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru