“Prezidentin qərarı bütün planları alt-üst etdi”

18-03-2016, 10:25           
“Prezidentin qərarı bütün planları alt-üst etdi”
Türkiyədə baş vermiş terror aktları assimetrik və hibrid müharibələrinin əlamətlərini özündə ehtiva edir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, bölgədə gərginliyin artması öz dağıdıcı təsirini yeni areallara yayır:

“Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını ən sərt formada tələb edən məhz Ankara oldu. İŞİD-ə qarşı amansız müharibəyə qatılan kürd toplumu Türkiyənin hədəfinə çevrildikdən sonra PKK və ona yaxın digər terror qruplaşmaları Ankaraya qarşı məqsədyönlü mübarizəyə başladılar. Əsas hədəf Türkiyənin əzmini sındırmaqdır. Ancaq bu, baş tutmayacaq. Rusiya ilə soyuq müharibədə bir qədər geri çəkilsə də, Türkiyə ümumi mövqelərini qoruyub saxlayır. Ankara istənilən an proseslərə təsir göstərə bilər. Türkiyənin Suriya probleminin həllində, böhran və inteqrasiya proseslərində yaxından iştirakı bölgədəki qaynar vəziyyət bir qədər səngidəcək”.

T.Abbasov hesab edir ki, Ərdoğanın Azərbaycana səfərini əngəlləmək istəyən destruktiv qüvvələrin bəlli məqsədləri olub:

“Dinc proseslərin gedişatına xələl gətirmək istəyən tərəflər turbulent arealın böyüməsi xülyası ilə hərəkət edirlər. Azərbaycan prezidentinin verdiyi qərar bütün planları alt-üst etdi, həmçinin, sübut etdi ki, çevik diplomatiyaya hər zaman ehtiyac var və o, mümkün olmayanı yoluna qoymağa qadirdir. Ölkə başçısı bütün tərəflərə göstərdi ki, Türkiyə ilə münasibətlər etibarlı şəkildə inkişaf edir və gələcək üçün böyük ümidverici təminatlar var”.

Qeyd edək ki, martın 15-dəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilən səfəri Ankara terrorundan dolayı təxirə salınıb.

Bu səbəbdən də Prezident İlham Əliyev dərhal Ankaraya səfər edib və iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci toplantısı Ankarada baş tutub.
0












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.