"Azərbaycanda PKK təhlükəsi tamamilə realdır" - Şok - Təfərrüatlar

20-03-2016, 18:32           
"Azərbaycanda PKK təhlükəsi tamamilə realdır" - Şok - Təfərrüatlar
Azərbaycanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, təhlükəsizlik sahəsində ekspert Ərəstun Oruclu Azərbaycana gələn Türkiyə vətəndaşlarının diqqətlə yoxlanmasının, eyni zamanda bu ölkənin artıq burada olan vətəndaşlarının yoxlanmasının tərəfdarıdır

Bu barədə o, PKK terror təşkilatının Azərbaycanın ünvanına təhdidlərini şərh edərkən haqqin.az və virtualaz.org-un müxbirləri ilə söhbəti zamanı deyib.

Ekspertin fikrincə, PKK-ya meylli şəxslər müəyyən edildikdə, onlar dərhal ölkədən kənarlaşdırılmalıdırlar.

Onun sözlərinə görə, PKK təhlükəsi, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfərindən sonra, kifayət qədər ciddi ola bilər. Həmin səfər çərçivəsində Azərbaycan dövlətinin başçısı Türkiyə dövlətinə və hökumətinə tam dəstək nümayiş etdirmiş və PKK terror təşkilatının hərəkətlərini qınamışdı.

Ekspert hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanlarının istənilən terror təhlükəsinə cavab vermək üçün kifayət qədər gücü və vasitəsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru