Prezidentin 7-ci köməkçisi - Cəmilə Abbasova kimdir?..

22-03-2016, 17:51           
Prezidentin 7-ci köməkçisi - Cəmilə Abbasova kimdir?..
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 25-də imzaladığı sərəncamla özünün köməkçilərinin sayını artırdı. Həmin sərəncamla Natiq Əmirov Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Sözügedən sərəncamdan sonra Azərbaycan Prezidentinin köməkçilərinin sayı 7-yə çatıb.

Modern.az saytının məlumatına görə, ölkə başçısının köməkçilərindən 6-sı cəmiyyətə tanış olsa da, daha əvvəl həmin posta təyinat almış Cəmilə Abbasova haqqında ictimaiyyət geniş məlumata malik deyil.

Modern.az saytı xəbər verir ki, Cəmilə Mir-Sadıq qızı Abbasova dövlət başçısının hələ 21 sentyabr 2004-cü il tarixində imzaladığı sərəncamla Azərbaycan Prezidentinin köməkçisi təyin edilib.
Cəmilə Abbasovanın adının yalnız bu günlərdə Prezidentin rəsmi saytında Administrasiyanın strukturlarına rəhjbərlik edən məmurların siyahısına əlavə edilməsi bu internet resursunu izləyənlərdə çaşqınlıq yaradıb. Çoxları elə bilib ki, ölkə başçısı özünə yeni köməkçi təyin edib.

Modern.az saytına məlum olub ki, hazırda hakimiyyətin üst qatında yüksək vəzifə tutan Cəmilə Abbasova Prezident İlham Əliyev hələ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti olarkən də onun köməkçisi işləyib. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev təxminən 1 il sonra - 21 sentyabr 2004-cü il tarixində imzaladığı sərəncamla əvvəllər ARDNŞ-də çalışan xanım Abbasovanın iş yerini Prezident Administrasiyasına dəyişib.

Beləliklə, Prezidentin köməkçiləri hazırda aşağıdakı şəxslərdir:

Əli Həsənov - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsi müdiri;

Əli Əsədov - Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Administrasiya rəhbərinin müavini;

Natiq Əmirov - Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi;

Vahid Əliyev - Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, Administrasiya rəhbərinin müavini;

Cəmilə Abbasova - Prezidentin köməkçisi;

Tariyel Ağayev - Prezidentinin köməkçisi;

Dilarə Seyidzadə - Prezidentin köməkçisi, Prezident Katibliyin rəisi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.