Maqsud İbrahimbəyov: "Elmar Hüseynovun başını kəsmək lazım idi"

25-03-2016, 09:10           
Maqsud İbrahimbəyov: "Elmar Hüseynovun başını kəsmək lazım idi"
NİDA Vətəndaş Hərəkatının aparıcı simalarından biri olmuş keçmiş məhbus Zaur Qurbanlı öz bloqunda Milli Şuranın sədri Cəmil Həsənli haqda tənqidi fikirlər yazıb.

O, C.Həsənlini yazıçı Maqsud İbrahimbəyovun vida mərasiminə qartldığı üçün sərt dildə qınayıb: "Elmar Hüseynovun (!) başını (!) kəsib (!) parlamentdə (!) futbol oynamağı təklif edən adamın yasına getmək nə deməkdir?".

Müxalifətçi daha sonra ironiya ilə C.Həsənlinin prezidentlik iddiasına düşdüyü dövrü xatırladıb və soruşub: "Prezident olmaq istəyən adam “yasıma gələnin yasına getməliyəm” prinsipi ilə Azərbaycan jurnalistikasının ağzına atılan güllələrin dəydiyi başı kəsməyi təklif edənin yasına gedir, nə gün-güzərandır bu?".

Sonda Z.Qurbanlı C.Həsənliyə məsləhət görüb ki, öz əqidəsinə və prinsiplərinə sadiq olmağı öyrənsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru