"Bizi qınayan gənclərin atası üç təkərli velosiped sürürdü"

26-03-2016, 12:02           
"Bizi qınayan gənclərin atası üç təkərli velosiped sürürdü"
Milli Şura sədri Cəmil Həsənlinin və qurumun koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyevin Maqsud İbrahimbəyovun yasında iştirak etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Dia.az xəbər verir ki, Moderator.az -a açıqlamasında Eldəniz Quliyev bildirdi ki, onların Rüstəm İbrahimbəyovla görüşlərinə irad tutanlar, Maqsud İbrahimbəyovun yasında iştirak etmələrini qınayanlar qələt edir:

"Rüstəm İbrahimbəyov qardaşının yası ilə əlaqədar olaraq Bakıya gəlib. Milli Şuradan mən və Cəmil Həsənli Rüstəm müəllimlə görüşdük. Biz həmçinin Maqsud İbrahimbəyovun dəfn mərasimində də iştirak etdik. Bəzi gənclər buna etiraz edir. Mən Maqsud İbrahimbəyovla bir yerdə işləyəndə indi bizi qınayan gənclərin atası üç təkərli velosiped sürürdü. Sözsüz ki, bu adamın səhvləri olub. Biz bunları sağ ikən demişik. İndi Maqsud İbrahimbəyov ölüb. Ölən şəxsin arxasınca danışmaq etik deyil.

Bizi qınayanlara gəldikdə isə bu insanlar qələt edirlər.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru