"Hətta Seymur Salahzadə adlı bir erməni törəməsi"... - deputat

26-03-2016, 23:06           
"Hətta Seymur Salahzadə adlı bir erməni törəməsi"... - deputat
"Siyasətdə istifadə etdiyim iki prinsipi xatırlatmaq istəyirəm: ağlın imkanlarından doğru istifadə etmək və müsqətil düşüncə sahibi olmaq. Artıq mənim üçün milliyətçilik, islamçılıq, qərbçilik deyə bir ideoloji tanıtım ciddi əhəmiyyət daşımır. Ona görə də bu cinahdan olan ideoloji cəhətdən özünü kəndirləmiş insanlarla mübahisələrim tez-tez yarana bilir.

Bununla belə, türk millətindən, islam ümmətindən və çağdaş mədəniyyətdən mənsubiyyət daşıdığımı heç zaman unutmuram. Səhifəmdə bütün xalqlara mənsub insanlar olduğunu bilirəm, insan haqlarına sayğı göstərən bir vətəndaş olaraq kimsənin milli və dini duyğularına üzərimizə saldırmadıqca toxunmağı doğru hesab etmirəm. İndi mən yazıram ki, "Azərbaycan türklərinin sahibi olduğu bu torpaq", dərhal separatçı duyğuları ilə xəstələnmiş biriləri buna reaksiya verib öz xalqının aşağılandığını söyləyir. Halbuki, burada hansısa xalqı aşağılayan bir fikiri ancaq ağlı yerində olmayanlar söyləyə bilərlər. Mən öz millətimin adını çəkirəm, onun bu torpağa sahiblik vizyonundan danışıram, siz də öz xalqınızın bu torpağa sahibliyindən, sevgisindən bəhs edə bilrsiniz, burada qıcıqlandırıcı nə ola bilər ki?... Əvəzində bu adamların Azərbaycana və türklərə qarşı nə qədər nifrət daşıdıqlarının şahidi olursan.

Hətta Seymur Salahzadə adlı bir erməni törəməsi, Andronikin bu millətə qarşı etdiklərinə haqq qazandırmağa belə cəsarət edir. Bu adamlar addımbaşı Azərbaycana nifrətlərini, ermənilərə sevgilərini gizlətmirlər. Belə bir halda dövlətimizi və millətimizi ermənilərlə işbirliyi içində olan yaramazlardan bu bayrağın altında səmimi şəkildə birləşmış türk, talış, ləzgi, kürd, avar qardaşlarımızla birlikdə qorumağa borclu deyilikmi?"

Fazil Mustafa, millət vəkili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.