"Qarabağ məsələsinə gəlincə..." - Putinin mətbuat katibindən açıqlama

27-03-2016, 00:59           
"Qarabağ məsələsinə gəlincə..." - Putinin mətbuat katibindən açıqlama
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün ardıcıl şəkildə səylər göstərir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. “Qarabağ məsələsinə gəlincə, əlbəttə, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə şərait yaratmır”, - deyə Peskov bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün qrupla birgə (Minsk Qrupu-red.) ardıcıl şəkildə səylər göstərir. Hələlik öyünməyə heç bir əsas yoxdur, lakin yeganə çıxış yolu “beşliyin” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru