Dini radikal çağırış edənlərin cəzası nə olacaq? - Rəsmi

30-03-2016, 13:02           
Dini radikal çağırış edənlərin cəzası nə olacaq? - Rəsmi
İki gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıdakı İlahiyyat və Qaraçuxur məscidlərində “Suriya cihadı” adlı təbliğatla bağlı yayılan xəbərlərə, o cümlədən Əbubəkr məscidinin keçmiş imamının müavini olmuş Əlixan Musayevin eyni məzmunlu səs yazısına münasibət bildirdi.

Mübariz Qurbanlı kimlərinsə məscidin minbərinə çıxaraq radikal dini çağırışlar etməsinin qeyri-mümkün olduğunu da deyib:

“Bəzi məscidlərdə müəyyən radikal qruplar ibadətdən sonra ya məsciddə, ya da kənarda öz aralarında hansısa söhbətlər aparırlarsa, bu, artıq qeyri-rəsmi təşviqat adlanır. Amma buna qarşı da mübarizə aparılır. Əsas metodumuz dini maarifləndirmədir. Bu cür zərərli fikirləri yayanların qarşısını öncədən almaq üçün profilaktik tədbirlər görülür”.

Bəs qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları, güc strukturları hansı işləri görürlər? Dini radikal çağırış edən axundlar, din xadimləri ilə bağlı güc strukturları nə kimi tədbirlər görür? İlahiyyatçı Əlixan Musayevin radikal dini çağırışlar etməsinə cavab olaraq nə kimi addımlar atmağı düşünür? Adıçəkilən şəxsin həbs olunma ehtimalı varmı?

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov hafta.az-a açıqlamasında bildirib ki, Əlixan Musayevin dini radikal çağırışları ilə bağlı onlar da məlumatlıdırlar:

“Mən də media vasitəsi ilə izlədim bu haqda yayılan xəbərləri. Düşünürəm ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı lazım olan cavabı səsləndirib”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov hafta.az-a açıqlamasında isə tezliklə bu haqda ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin İctimaiyyətləm Əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, onlara ünvanladığımız sualı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanlamağımız daha məqsədəuyğundur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.