İsrailin Yaxın Şərq və Suriya planı, Türkiyə ilə toqquşmanın real səbəbləri - Yaxın Şərqin bitməyən xaosunda maraqlı qüvvələr MƏQALƏ
Bu gün, 17:27

Ötən ilin dekabrın əvvəlləri Suriyada Əsəd hakimiyyəti devrildikdən sonra Türkiyənin PKK, YPG kimi qruplaşmaların fəaliyyətini məhdudlaşdırması üçün geniş imkanlara malik fürsət yarandı.
Bu ölkədə hakimiyyət dəyişikliyində qiyamçılara kömək edən və Əhməd Əş Şaraa hökümətinə dəstək verərək, müttəfiqinə çevirən Ankara bir neçə hədəfi qarşısına qoyub və ciddi nəticələr əldə edib də.
Birincisi, Suriyanın şimalında mövcud olan və uzun illərdir Türkiyənin cənub sərhədləri üçün terror təşkilçisi rolu oynayan PKK, YPG, PYD kimi qruplaşmaların fəaliyyəti əhəmiyyətli dərəcədə minimuma endiriləcək və Türkiyə ilə müttəfiq Şaraa höküməti istənilən an bu qruplara qarşı hərbi əməliyyatlar keçirə bilər.
İkincisi, Yaxın Şərqdə artıq 1918 19 cu illərdən bəri itirilən nüfuz və mövqelər, söz sahibliyi yenidən qaytarılacaq, çünki, Suriya regiona keçid üçün açar rolunu oynayır həm də elə bir strateji zonada yerləşir ki, Şərqi Aralıq Dənizi regionunda yerləşən tranzit xətlərinə sahiblik edir və burada yerləşən istənilən hərbi kontingent vasitəsi ilə ətraf ölkələrə nəzarət etmək mümkündür.
Üçüncüsü, İsrail İranın müttəfiqlərini biri birinin ardınca məğlub etdikdən sonra bölgədə ABŞ ilə birgə güclənə və Türkiyənin cənub sərhədlərində mane sədd yarana bilər yəni, gələcək Turan İttifaqı qurula bilməsi ehtimalı halında və Türkiyənin qonşu ölkələrlə müttəfiqlik və hərbi siyasi əməkdaşlıq halında Vaşinqton Tel Əviv rəqib qazanmamaq üçün Ankaraya təzyiq göstərici siyasət yürüdə bilər edə bilər.
Bu gün İsrailin hədəfi Yaxın Şərqdə güc sahibi olmaq, özündən asılı olan və zəif dövlətlərlə qonşu olsun, beləcə həm ərəb ölkələrinin ortasında mövcud olarkən istənilən hərbi təzyiq və birbaşa hücum təhlükəsindən azad olacaq və qoruyucu sədd yaradacaq.
Suriyada çaxnaşmaların olması, mərkəzi hakimiyyətə tabe olmamaqda maraqlı qüvvələrə ABŞ, İsrail və NATO nu aid etmək olar.
Suriyada mərkəzləşdirmə aparılarsa, seperatçı meylli qüvvələr olmazsa ən birinci ABŞ nin planlarına ziddir. Çünki, güclü Suriya anlayışı bu ölkədə istənilən hərbi müdaxilə və bölüşdürmə istəklərinə son qoya bilər.
İsrail Baş Naziri Benyamin Netanyahunun son xalqa müraciətlərində Druzlara aktiv dəstək və haqlarının müdafiəsi üçün açıq aşkar Dəməşqə ultimatum xarakterli mesajlar sərt bəyanatlar səsləndirməsi heç də Druzlara olan sevgidən irəli gəlmir.
Druzların Suriyanın cənubunda yaşayan etnik qrup olduğunu nəzərə alsaq Onların müstəqillik əldə etməsi və ya Tel Əvivin birbaşa hərbi müdaxiləsi və beləcə protektorat altına alınması ilə burada İsrail üçün şimal sərhədlərinin qorunması və toxunulmazlığı - “bufer zona“ yaradıla bilər.
Suriyada Şaraa hakimiyyətinə tabe olmayan qüvvələrin var olması ilə ABŞ bu ölkəni zəif hala gəlmiş şəkildə müstəmləkə kimi istifadə etmək , neft və qaz ehtiyatlarına sahib olmaq, hərbi bazalarının fəaliyyət müddətini və sayını artıra bilmək imkanı qazanır.
Vaxtilə, ötən əsrdə 6 günlük müharibədə ərəb koalisiyasını məğlub etməklə Sinay yarımadasını ələ keçirən İsrail Misirə bir müddət sonra bu böyük ərazini qaytardı, lakin, Misirin artıq hər hansı hərbi müdaxiləsinin qarşısı təmamilə alındı. Həm də, İsrail Sinay yarımadasını ələ keçirməklə ərəb ölkələrinin arasında keçid quru xətti sayılan bir bölgəni nəzarətə almışdı. O dövrdə SSRİ Ərəb Ölkələrinin iqtisadi, hərbi siyasi yaxınlaşması fonunda Sinayın tutulması bölgədə for post dairə yaratmaq demək idi. Həm də, SSRİ nin sosialist ideyalar əsasında ərəb ölkələrini ittifaqa qatmaq planları yarımçıq qalacaqdı.
Digər tərəfdən, ABŞ nin dəstəyinin qarşı tərəfi necə gücləndirdiyini anlayan istər Misir olsun, istər koalisiyanın digər üzvü, artıq İsrail ilə münasibətləri normallaşdırmaq məcburiyyətində oldu.
Bu gün də İsrail Suriyada aşkar şəkildə ərazi bölüşdürməsində maraqlıdır. ABŞ nin ona dəstək verməsində səbəb isə Rusiya hərbi bazalarının işini məhdudlaşdırmaq və İranın Suriyada yenidən güclərini bərpa etməsinin qarşısını almaqdır.
Ukrayna vasitəsi ilə Şərqi Avropadan məhrum edilən Moskva Suriyanı itirməklə yaxın şərqdə gücünü itirmiş sayılır, həm də İranın mümkün müharibə ehtimalı halında Yaxın Şərqdə hərbi mövqelərinin böyük hissinə sahib ola bilməyəcək və İsrailə birbaşa və ya yaxından Hizbullah və digər İran dəstəkli qüvvələrlə hava zərbələri və quru əməliyyatları ilə hücum edə bilməyəcək.
Suriyanın Türkiyə ilə müttəfiqlik hətta konfederativ formada ittifaq olması daha məqsədəuyğundur. Belə halda, Suriya Ankaranın hərbi siyasi qoruması ilə İsrail ABŞ nin bölüşdürmə siyasətinə qarşı daha rahat dirəniş göstərə bilər
Müəllif siyasi şərhçi İsa İsmayılov Elşad Oğlu
TEREF