SOCAR büdcə ödənişlərini 16% artırıb

11-09-2017, 13:11           
SOCAR büdcə ödənişlərini 16% artırıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin avqust ayında dövlət büdcəsinə 133,782 mln. manat vəsait ödənilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbər görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17,321 mln. manat və ya 14,9% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 048,348 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142,946 mln. manat və ya 15,8% çoxdur.
Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,575 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 99,826 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,479 mln. manat və ya 5,8% çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru