Neft qiymətləri yenidən yüksələcək

13-09-2017, 00:41           

Proqnoz: 2018-ci ildə neftə tələbat 98 mln. barel/gün həddini ötəcək.
OPEC təşkilatı 2017-ci il üçün neftə olan tələbatla bağlı sentyabr proqnozunu avqust ayı ilə müqayisədə 280 min barel/gün və ya 0,29% artıraraq 96,77 mln. barel/günə çatdırıb.
RİA Novosti xəbər verir ki, bu barədə OPEC-in sentyabr hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, 2017-ci il üçün neftə tələbatla bağlı proqnoz 2016-cı ilin orta gündəlik tələbatla müqayisədə 1,42 mln. barel/gün və ya 1,49% artacaq.
2018-ci il üçün isə neftə tələbat proqnozu əvvəlki proqnozla müqayisədə 70 min barel və ya 0,07% artırılaraq 98,12 mln. barelə çatdırılıb. Qeyd edək ki, OPEC 2018-ci ildə neftə gündəlik tələbatın 2017-ci illə müqayisədə 1,35 mln. barel və ya 1,4% artacağını proqnozlaşdırır. /sputnik.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru