İnternet pulsuz olacaq

13-09-2017, 00:42           

Layihənin həyata keçirəcək şəhərlərin xərclərini Aİ ödəyəcək.
Avropa İttifaqına (Aİ) üzv ölkələrdə pulsuz və təhlükəsiz internet quraşdırılacaq.
Avropa Parlamentinin sentyabrın 12-də Strasburqda keçirilən iclasında üzv ölkələrdə vətəndaşların istifadəsi üçün reklamsız və şəxsi məlumatların zəmanət altına alındığı pulsuz internet üzrə qanun layihəsini təsdiqləyib. “WiFi4EU” adlandırılan yeni layihə parlamentin 582 üzvünün səsverməsi ilə qəbul edilib.
Qəbul edilən qanuna layihəsinə görə, ilk mərhələdə Avropa İttifaqına üzv ölkələrdəki xəstəxana, kitabxana, rəsmi qurumlar və alış-veriş mərkəzləri başda olmaqla 6 mindən çox yerdə pulsuz internet əlaqəsi təmin olunacaq. Pulsuz internet bağlantısı reklam xarakterli olmayacaq və məlumat təhlükəsizliyi təmin ediləcək.
Layihənin həyata keçirəcək şəhərlərin xərclərini Aİ ödəyəcək. /sputnik.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru