Gömrük əməliyyatları və ya proseduru ilə bağlı ödənişlər elektron xidmət növlərinə əlavə olunub

13-09-2017, 08:42           
Gömrük əməliyyatları və ya proseduru ilə bağlı ödənişlər elektron xidmət növlərinə əlavə olunub
Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli və 13 iyul tarixli 287 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na bir sıra dəyişikliklər edilib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi Elektron xidmət növlərinin siyahısına əlavə edilib. Bununla yanaşı, xarici-iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal-ixrac olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesinin onlayn monitorinqi ləğv edilib.
Habelə gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi, mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi elektron xidmət növlərinin siyahısına əlavə olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.