Zakir Fərəcovdan sumqayıtlı tələbələrə xəsislik
13-09-2017, 09:12

Sumqayıt şəhər İcraHakimiyyəti mükafatlandıracağı tələbələrin qəbul balını 600-dən 650-yə qaldırdı
Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətində 2017-2018-ci il tədris ilində qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq aliməktəblərə qəbul olan məzunlarla görüş keçiriləcək.
Artıq ənənə halını almış bu görüş ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr arasında böyük sevinclə qarşılanır. Lakin bu məsələdə İcra Hakimiyyəti bir qədər qənaət etməyi qərara alıb. Beləki, cumhuriyyet.az olaraq xatırladaq ki, ötən il şəhər icra hakimiyyəti qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarla görüş keçirmişdi. Bu il isə bu göstərici 650 bala qaldırılıb. Deməli görüşə dəvət edilən tələbələrin sayı avtomatik olaraq azalır.
Görünür Sumqayıt gənclərinin ildənilə bilik səviyyəsinin artması, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamaları sonda şəhər icra hakimiyyətinə baha başa gəlir. Bu isə 600-dən yuxarı bal toplayaraq şəhər icra hakimiyyətində keçirilməsi nəzərdə tutulan İcra Başçısı Zakir Fərəcov ilə görüşə düşəbilməyən tələbələrin motivasiyasına ilk zərbə olacaq.
Qeyd edək ki, 2016-cı ildə Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcov 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olan 138 məzun ilə görüşərək onların hər birinə qiymətli hədiyyələr təqdim edərək, xatirə şəkli çəkdirmişdir.