Yutub ekstremizmlə bağlı videoların 98 faizini aşkarladı

18-01-2018, 10:00           

Yutub kompaniyası yeni texnologiyaların tətbiqi sayəsində ekstremizmlə bağlı videoçarxların 98 faizini aşkarlaya bilib.

Axar.az xəbər verir ki, bunu şirkətin dövlət strukturları ilə əlaqələr üzrə direktoru xanım Kuniper Dauns deyib. O, ABŞ Senatının ticarət komitəsindəki dinləmələrdə çıxışı zamanı bildirib ki, Yutubson aylar ekstremizm elementlərinə malik videoları avtomatik rejimdə müəyyənləşdirməyə imkan verən texnologiyalar tətbiq edib. Bu da mütəxəssislərin əvvəlkinə nisbətən beş dəfə çox materialı öyrənməsinə şərait yaradıb.

“Hazırda biz alqoritmlərimiz hesabına ekstremizmlə bağlı 98 faiz videonu aşkarlaya bilmişik”, - Dauns belə deyib.

Tvitterin dövlət strukturları ilə əlaqələr üzrə direktoru Karlos Monye də həmin dinləmələrdə məlumat verib ki, “ekstremizmlə bağlı akkauntların 75 faizini onlarda ilk məlumatlar peyda olanadək aşkarlamaq və ləğv etmək mümkün olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru