Zakir Fərəcov iclasda yatan məmuru da unutmadı... - İlginc fotolar

11-09-2015, 21:48           
Zakir Fərəcov iclasda yatan məmuru da unutmadı... - İlginc fotolar
Sumqayıt şəhər icra hakimiyyətinin yeni başçısı Zakir Fərəcov daha bir kadr islahatına əl atır. Bu barədə DİA.AZ-a yerli qaynaqlar informasiya verib.

Xəbəri verən qaynaq dia.az-a bildirir ki, Sumqayıt şəhər Təmizlik Departamentinin müdiri Rahim Mustafayev də yeni başçı ilə işləyə bilməyəcək və onun yerinə kadr müəyyən olunub. Qərarın rəsmən elan olunacağı da deyilir.

Qeyd edək ki, Sumqayıt şəhər Təmizlik Departamentinin müdiri Rahim Mustafayev bu günlərdə, daha dəqiqi keçən ayın ilk günü mətbuatın diqqətinə bir başqa səpgidə də gəlmişdi. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətində cari ilin 6 ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən hesabat yığıncağı zamanı Sumqayıt şəhər Təmizlik Departamentinin müdiri Rahim Mustafayev yuxuya getmişdi. Və həmin faktı dia.az olaraq diqqətinizə çatdırmışdıq













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.