Saatlıda xəstə cərrahiyə əməliyyatı zamanı ölüb

12-09-2015, 00:05           
Saatlıda xəstə cərrahiyə əməliyyatı zamanı ölüb
Saatlıda xəstə kor bağırsağından (appendiks) cərrahiyə əməliyyatı olunan zaman ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Musalı kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov Yaşar Yusif oğlu bu gün saat 20.00 radələrində Saatlı rayon xəstəxanasında kor bağırsağından cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib.

Yaşar Məmmədovun ölüm səbəbini aydınlaşdırmaq üçün meyit Sabirabad rayon Məhkəmə tibbi ekspertizası və Pataloji anatomiya mərkəzinin eksperti tərəfindən müayinə olunub.

Ekspertizanın nəticəsi bir müddət sonra açıqlanacaq.
P.S. teref.az olaraq Saatlı xəstəxanasının bərbad günə qalddığını və korrupsiya burulğanında boğulduğunu yazmışdıq!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru