Kəngərlinin icra başçısı niyə vəzifəsindən çıxarıldı? - Naxçıvandan ilginc məlumat

12-09-2015, 10:51           
Kəngərlinin icra başçısı niyə vəzifəsindən çıxarıldı? - Naxçıvandan ilginc məlumat
İki həftə öncə - avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramiz Əli oğlu Cəfərov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Ölkə başçısının digər sərəncamı ilə Kamal Elbrus oğlu Ələkbərovun Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu.

Naxçıvandan Arqument.Az-a daxil olan ilginc məlumata görə, Ramiz Cəfərovun vəzifədən qovulmasının pərdəarxasında maraqlı məqamlar olub. Belə ki, icra başçısı onunla bağlı edilən şikayətlərdən dolayı vəzifədən uzaqlaşdırılıb. Onun vəzifədən qovulması isə Muxtar Respublikada, xüsusən də Kəngərli rayonunda ciddi rezonans doğurub. Əslində, bu sərəncam Kəngərli əhalisinin ürəyincə olub.

Mənbə bildirir ki, icra başçısından edilən şikayətlər onun yarıtmaz fəaliyyəti və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verməsi ilə bağlı imiş. Belə ki, Prezident Adminstrasiyasına edilən şikayətlərə görə icra başçısı rayonda özünə böyük biznes şəbəkəsi qurub. Onun Naxçıvanda və Bakıda xeyli obyekti olub.

Bundan başqa, R.Cəfərovun doğma kəndi Qarabağlarda camış naxırı, Xök kəndi ferması, Qabıllı kəndində isə quşçuluq fabriki fəaliyyət göstərib. Bildirilir ki, o, Qabıllı kəndindənki quşçuluq fabrikini yaxın adamı olan bələdiyyə sərinin adına, digər obyekt və sərvətlərini isə yaxın adamlarının adına sənədləşdirib.

Rayonun Qarabağlar kəndinin sakinləri (öz həmkəndliləri) dəfələrlə prezidentin rəsmi elektron poçtuna və Adminstrasiyaya müraciət edərək icra başçısının qanunsuzluqlarından şikayətləniblər. Onlar bildirirlər ki, Cəfərovun dövründə kənddə açılan hər hansı bir obyekt və mağazaya görə icra başçısın yaxın adamları öncədən 2-3 min rüşvət tələb edir, ala bilmədikdə isə obyektin fəaliyyətinə mane olublar.

Məlumatda o da bildirilir ki, R.Cəfərov Qarabağlar kəndində məşhur olan və əhalinin müqəddəs ziyarətgah kimi tanıdığı "Adnı" pirindən öz şəxsi villasına su çəkdirib. Bu kənddə ciddi narazılıq doğrursa da, etiraz edən sakinlərə müxtəlif təzyiqlər edilib. Sakinlərin sözlərinə görə, Ramiz Cəfərovun sərvətləri bununla bitmir, onun rayonun müxtəlif ərazilərində biznes obyektləri mövcuddur. Bununla bağlı əlavə faktlar, foto və videogörüntülər təqdim edəcəklərini deyən sakinlər ümid edirlər ki, sabiq icra başçısı ilə bağlı hüquqi çərçivədə tədbir görüləcək.

Mövzunun davam etdirəcəyik.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.