Hamınız rahat yata bilərsiniz - 12 yaşlı uşaq valideynləri ona məktəb ləvazimatları ala bilmədiyi üçün özünü asdı

15-09-2015, 15:09           

Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.

İsmayılı Rayon Polis şöbəsinin verdiyi məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Əsədov Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.

Ailəni tanıyan şəxsin “Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.
P.S. Görəsən İsmayıllı icra hakimiyyəti, onun sosial məslələr üzrə müavini, rayonun sossial müavinətlər idarəsi və nəhayət İsmayıllının mənəm mənəm deyən kişiləri haradadır ki, bu Tanrının günahsız körpə bəndəsi özünü asıb?????????????????????????????
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru