Xanım deputat yerinə namizəd axtarır

16-09-2015, 17:28           
Xanım deputat yerinə namizəd axtarır
122 saylı Xankəndi seçki dairəsindən millət vəkili olan Flora Qasımova yenidən namizədliyini irəli sürə bilər.

Axar.az-a danışan xanım millət vəkili seçiminin hələ dəqiqləşmədiyini deyib: “Yeni Azərbaycan Partiyasının namizəd siyahısını açıqlamasını gözləyirdim. Əgər millət vəkilliyinə namizədliyimi versəm, yenə 122 saylı Xankəndi Seçki Dairəsindən verəcəyəm.
Düzdür, hakim partiya mənim dairəmdən heç bir namizəd irəli sürməyib. Könül istərdi ki, əslən xankəndili, prespektivli, sözünü deyən bir gənc namizədliyini irəli sürərdi, biz də gedib ona səs verərdik. Lakin varmı? Təəssüf ki, yoxdur. Yəqin ki, namizədliyimi verəcəm. Hələ ki düşünürəm”.
Xatırladaq ki, Flora Qasımova Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. Onun millət vəkili seçildiyi 122 saylı Xankəndi Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyası namizəd irəli sürməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.