49 saylı məktəbdə hicabla bağlı qalmaqal - Video

17-09-2015, 21:32           
49 saylı məktəbdə hicabla bağlı qalmaqal - Video

Bakının Bayıl qəsəbəsində yerləşən 49 saylı məktəb-liseyində şagirdlərin hicabla məktəbə getməsi ilə bağlı problem yaşanıb.

Valideyn Vüsalə Yusifovanın sözlərinə görə, direktor hicaba qadağa qoyduğunu etiraf edir və məktəbin onun olduğunu bildirərək qanunları da özü bildiyi kimi icra etdiyini deyir.

Məsələyə aydınlıq gətirmək üçün məktəbin direktoru Təhminə Əsədovanın otağına yollandıq.

Hicab problemi ilə bağlı suallara cavab verməyən direktor hicabın məktəbli formasına aid olmadığını bildirdi.

Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlov və Bakı şəhər üzrə təhsil idarəsinin rəsmisi Məmmədəli adlı şəxs Aydanın valideynlərinə deyib ki, övladları məktəbə hicabla gedə bilər. Rəsmilərin sözlərinə görə, bununla bağlı heç bir problem yoxdur. AzadXeber.az,













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.