Dövlət Aqrolizinq İdarəsində korrupsiya adi haldır - Cibində 500 manatın olmasa sənə texnika verməzlər

18-09-2015, 22:45           
Dövlət Aqrolizinq İdarəsində korrupsiya adi haldır - Cibində 500 manatın olmasa sənə texnika verməzlər
Dövlət Aqrolizinq İdarəsində yenə özbaşınalıq hökm sürür. teref.aznun poçtuna gələn bir şikayət məktubunda şikayətçinin 8 aydır növbəsində dayandığı texnikanı ala bilmədiyindən söhbət gedir. Hansı ki, o texnika var və paylanır. Şikayətçinin dediyinə görə əgər pulun varsa heç növbəyə durmağa gərək olmadığını ona idarənin həyətində söhbət etdiyi adamlar deyiblər. Sadəcə bunun üçün cibində 500 manat pulun olmalıdır. Özüdə idarədə deyirlər ki, kimə istəyirsən get şikayət elə. nazirin bir başa nəzarətində olan "katyol" puludur!
Kürdəmir sakini olan şikayətçinin çikayətini araşdırmaq üçün əməkdaşlarımız araşdırmaya başlayıblar.
Görəsən həqiqətən Dövlət Aqrolizinq İdarəsində pulsuz texnika almaq mümkün deyil?
Kimlər dövlətin fermerlərə lizinqlə verdiyi texnikadan sərvət qazanmaq istəyir?
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.