İran dünya bazarında nefti daha da ucuzlaşdıra bilər - Qubad İbadoğlunun şərhi

19-09-2015, 11:59           
İran dünya bazarında nefti daha da ucuzlaşdıra bilər - Qubad İbadoğlunun şərhi
İqtisadçı alim Qubad İbadoğlu dünya birjalarında neftin qiymətinə dair informasiya və düşüncələrini sosial şəbəkədəki səhifəsində paylaşıb. Musavat.com Q.İbadoğlunun statusunu oxucularına təqdim edir:

Yaxın şərqin iqtisadiyyatına (Səudiyyə Ərəbistanından sonra ) və əhalisinə (Misirdən sonra) görə ikinci böyük ölkəsi olan İranda gözlənilən dəyişikliklər hələ də geniş müzakirə mövzusudur. 2014-cü ildə 406,3 milyard dollarlıq ÜDM formalaşdıran və 80,8 milyon nəfər əhaliyə malik olan İranda ötən ildən başlayan iqtisadi artımın bu il davam edəcəyi gözlənilir. Qiymətlədirmələrə görə, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonrakı müddətdə onun neft ixracatı marşrutarının coğrafiyyası genişlənəcək və həcmi artacaq. Bu isə İrana dünya bazarına Azərbaycan, Qazaxıstan və Türkmənistanın birlikdə ixracatından çox neft çıxarmaq imkanı verəcək. Hesablamalara əsasən İran gündəik neft ixracatını 1 milyon 120 min bareldən 2 milyon 850 min barelədək artıra bilər. Dünya Bankının proqnozlarına görə bu halda, dünya bazarlarında neftin qiyməti 14 faizədək aşağı düşəcək. Bu isə Səudiyyə Ərəbistanın ildə 40 milyon dollar, Liviyanın isə 5 milyard dollar az gəlir qazanması deməkdir. Bu həm də Rusiya kimi dünyanın iri neft ixraçatçısının da qazancını xeyli aşağı sala bilər. Məlumat üçün qeyd edək ki, hazırda dünya üzrə neft hasilatına gündə 11,64 barellə ABŞ, 11,5 milyon barellə Səudiyyə Ərəbistanı və 10,8 milyon barellə Rusiya liderlik edirlər.

Lakin bəzi mütəxəssislərin qiymətləndirmələrinə görə, hasilat səviyyəsini sanksiyalardan əvvəlki səviyyəyə qaldırmaq üçün İranın neft sənayesinə 20 milyard dollar sərmayə yatırmaq tələb olunur. Son məlumatlara görə,son illər orta hesabla 2 milyard dollar xaricdən investisiya cəlb edən İran iqtisadiyyatı bu məbləği sanksiyaların aradan qaldırldığı birinci ildə 2 dəfə artıra biləcək. Çünki, Dünya Bankının “Biznesə başlamalı” indeksində İran dünyanın 189 ölkəsi arasında investisiya mühiti pis olan 130-cu yerdədir.
Rəsmi məlumatlara görə, 2013-cü ildə İranda ümumi ışsizlik səviyyəsi 10,3 faiz, qadınlar arasında 20,3 faiz, gənclər arasında 24 olub, bu il ölkədə 17,3 faizlik inflyasiya gözlənilir. Əhalinin 4,5 milyonu yoxsulluq həddindən aşağıda yaşayır. Lakin, qeyri rəsmi məlumatlarda İranda işsizlik səviyyəsi rəsmi elan olunandan ən azı 2 dəfə çox təqdim olunur.
Firkimizcə, sanksiyaların aradan qaldırılması yalnız İran deyil, həm də bölgə üçün yeni iqtisadi situasiya yaradır. Bu ölkədə də çox şey iqtisadi islahatların aparılmasından, onun əhatə dairəsindən və dərinliyindən asılı olacaq. İqtisadiyyatdakı müsbət dəyişikliklər ilk növbədə İranın siyasi mövqeyinə və bölgədəki strateji önəminə də təsirsiz göstərəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.