Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun keçirdiyi tədbirdən sonra qalmaqal yaşanıb

21-09-2015, 11:20           
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun keçirdiyi tədbirdən sonra qalmaqal yaşanıb
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun keçirdiyi tədbirdən sonra qalmaqal yaşanıb; sakinlər aldandıqlarını deyirlər...

Bu barədə Arqument.Az-a Söyüdlü kəndinin bir qrup sakini məlumat verib.

Sakinlərin sözlərinə görə, icra başçısının yayda rayonun Muğan və Söyüdlü kəndlərinə mavi yanacağın verilməsi ilə bağlı keçirdiyi tədbirdə "balon qazı"ndan istifadə edərək məşəli yandırması və əhalini aldatması böyük narazılığa səbəb olub. Hətta bu hadisə bəzi media orqanlarında da işıqlandırılıb. Amma icra başçısı məlumatın mediada yayılmasının qarşısını alıb.

Müraciətdə bildirilir ki, tədbir kənd sakinlərindən birinin həyətində gerçəkləşdirilib. Qaz balonu isə həyətin arxa tərəfində gizlədilib: "Sakinlər əvvəl elə bildilər ki, artıq kəndə qaz gəlib. Başçı da tədbirdə qazın çəkildiyini və bəzi təmir işlərindən sonra tam veriləcəyini dedi. Amma sonradan məlum oldu ki, yandırılan məşələ qaz xəttindən deyil, balondan qaz verilib".

Sakinlərin sözlərinə görə kəndlərə qaz xətləri çəkilsə də, mavi yanacağın verilməsində problem yaşanır: "Düzdür, 467 abonenti olan Muğan kəndinin qazlaşdırılması üçün 38 434 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Rayonun Söyüdlü kəndinin 209 abonentinə təbii qazın verilməsi üçün də uzunluğu 17 227 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Amma bu o demək deyil ki, kəndlərdə mavi qaz var və sakinlər ondan istifadə edir. Adıçəkilən hər iki kənd qış aylarında odun sobasından istifadə edir. Bu kəndlərə bitişik olan Maşlıq kəndində isə mavi qazın çəkilişi yarımçıq qalıb. Hər üç kənddə mavi qaz yoxdu. İcra başçısı isə rayonun bütün məmurlarını tədbirə yığaraq şəkil çəkdirməklə işini bitmiş hesab edib. İcra başçısına yaxın olan xəbər portalları isə bunu tirajlayaraq yalançı görüntü yaradıblar".

Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.