“Yunayted Kredit Bank” çökdü

21-09-2015, 15:30           

Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib.

AzToday.az fins.az-a istinadən bildirir ki, bu barədə bankdan xəbər verilib. Ancaq qadağanın səbəbi açıqlanamayıb. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib.

Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından “Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.