Ledi Qaqa iki milyon insan üçün pulsuz konsert verdi, Madonnanı geridə qoydu

5-05-2025, 17:18           
Ledi Qaqa iki milyon insan üçün pulsuz konsert verdi,
Amerikalı müğənni Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyində pulsuz konsert verib.

Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, iki milyondan çox insan iştirak edib.

Ulduz ifaçının çıxışı Rio-de-Janeyronun iqtisadiyyatını canlandırmaq məqsədilə şəhər tərəfindən ödənilib. Konsertin yerli iqtisadiyyata 100 milyon dollar gəlir gətirəcəyi düşünülür.

Ledi Qaqanın konsertinin təhlükəsizliyini 5 min polis əməkdaşı təmin edib. Bütün tamaşaçılar metal detektorlardan keçirilib.

Ledi Qaqa Rio-de-Janeyroda pulsuz konsert verən ilk dünya məşhuru deyil. 2024-cü ilin may ayında Madonna Kopakabana çimərliyində öz şousunu nümayiş etdirib, bunun da pulunu şəhər ödəyib.

Həmin vaxt ulduzun konsertini 1.6 milyon tamaşaçı izləmişdi.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru