Altsheymer xəstəliyi insandan insana yoluxur

7-01-2019, 08:11           
Altsheymer xəstəliyi insandan insana yoluxur
Mütəxəssislər qeyd edir ki, Altsheymer xəstə insana toxunmaqla yoluxmur.

Alimlər müəyyən edib ki, Altsheymer xəstəliyinə səbəb olan proteinlər insandan insana yoluxa bilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər insan beyninin boy hormonu ekstraktını istifadə edərək, siçanları Altsheymer xəstəliyinə uğurla yoluxdurublar.

"İndi bizim təcrübədə sübutumuz var ki, xəstəlik insandan insana keçə bilir. Düzdür, hələ xəstəliyin inkişafına boy hormonu inyeksiyası və ya beyin əməliyyatından hansının səbəb olduğu müəyyən edilməyib. Ancaq insanların müalicəsi zamanı hər iki amili nəzərə almaq lazımdır" – deyə London universitet kollecindən Con Kolinq deyib.

Mütəxəssislər qeyd edir ki, Altsheymer xəstə insana toxunmaqla yoluxmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru