Qafan Azərbaycana TƏHVİL VERİLDİ: erməni əsgərlər bölgəni tərk edir - VİDEO

15-03-2021, 11:13           
Qafan Azərbaycana TƏHVİL VERİLDİ: erməni əsgərlər bölgəni tərk edir - VİDEO
Ermənistanın Qafan bölgəsinin Azərbaycana təhvil verilməsi ilə bağlı erməni hərbi birləşmələrinin postlarından birində video lentə alınıb.

Publika.az xəbər verir ki, həmin postun komandiri Artak Arutyunyan gecə yarısı hərbi polisə çağırılıb.

Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbuk səhifəsində bildirib. O, hərbi polisin çağırışının mahiyyətini başa düşmədiklərini qeyd edib.

Qeyd edək ki, “Mediaport” erməni teleqram kanalı bir neçə hərbi qulluqçunun xidmət şərtlərindən şikayət etdiyi, bəzi əmr və təlimatlardan bəhs etdiyi video yayımlayıb. Əsgərlər xidmət yerini tərk etmə əmri aldıqlarını da söyləyib. Bildiriblər ki, bölgədə cəmi 9 nəfərlik hərbi heyət var və onların yaşayışı üçün heç bir şərait qalmayıb. Onlar bunu Qafanın Azərbaycana təslim olması ilə əsaslandırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru