“Qarabağda yeni müharibə riski...” - Fransız ekspertdən şok iddia

15-03-2021, 11:20           
“Qarabağda yeni müharibə riski...” - Fransız ekspertdən şok iddia
“Paşinyan Azərbaycanın gücünü gördü, buna görə də növbəti dəfə müharibəyə risk etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu fransalı siyasi analitik Maksim Qauin deyib.

Ekspert müharibədəki məğlubiyyətdən sonra Ermənistan Baş nairi Nikol Paşinyana qarşı çevrilişə cəhd olunduğunu bildirib:

“Ermənistan təxminən 30 ildir işğal altında saxladığı Dağlıq Qarabağdakı məğlubiyyətdən sonra xalqın böyük əksəriyyəti məyus oldu. Bu səbəbdən ölkədə Paşinyana qarşı qəzəblidirlər. Bununla belə, Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti Paşinyanın ən yaxşı seçim olduğunu düşünür. Paşinyanın hakimiyyətdə olması, Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur.

Bakı üçün ən önəmli amil, Paşinyanın Türkiyə və Azərbaycanın gücünü görməsidir. Paşinyan bu səbəbdən yeni bir savaşa risk etməyəcək. Türkiyə ümid edir ki, Paşinyanın sabit və sülhsevər bir xarici siyasət izləsə, Ermənistan bölgədə reallaşdırılan beynəlxalq layihələrdə iştirak edə biləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru