“Xəzər TV” ilə bağlı mühüm qərar – Həsənovların televiziyada puç olan son ümidi...

15-03-2021, 18:36           
“Xəzər TV” ilə bağlı mühüm qərar –
Artıq bir müddətdir ki, Prezident Aparatının ictimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovun idarəçiliyindən çıxaraq SOCAR-ın tabeliyinə verilən “Xəzər Tv” özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

İddialara görə, televiziyanın təhvil-təslim edilməsi zamanı öz iş otağından çıxmaq istəməyən kanalın sabiq rəhbəri Şamxal Həsənov “Xəzər TV”ni əlində saxlamaq üçün bütün vasitələrə əl atsa da, bu mümkün olmayıb.

Etibarlı mənbələrdən KONKRET.az-a verilən məlumata görə, artıq hüquqi baxımdan da Şamxal Həsənov televiziya üzərində nəzarətini tam itirib. Belə ki, televiziyanın rəhbəri kimi Şamxal Həsənovun adı bütün sənədlərdən martın 10-da çıxarılıb. Faktiki olaraq “Xəzər TV”nin rəhbərliyindən uzaqlaşdırılan Şamxal Həsənovun artıq hüquqi baxımdan da televiziya ilə heç bir bağlılığı qalmayıb. Bu isə kanalın gələcək inkişafı baxımından böyük perspektivlər vəd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru