"Moskva təzyiq etsə, Türkiyə hərbçiləri..." - Ekspert sərhəd məsələsini şərh etdi

3-06-2021, 17:18           
"Moskva təzyiq etsə, Türkiyə hərbçiləri..." -
"Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir. Ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir”.

Sfera.az-ın məlumatına görə, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsindən danışarkən deyib. Politoloq bildirib ki, İrəvan rusiyalı hərbçilərin Azərbaycanla sərhəddə yerləşməsini istəyir:

"Digər tərəfdən İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərini yerləşdikləri məntəqələrdən çıxarsınlar. Bu mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu, Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür. Moskva bu məsələdə ehtiyatlıdır”.

E.Şahinoğlunun sözlərinə görə, Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir:

"Həmçinin Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə, Türkiyə Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçilərin Qarabağda yerləşməsi prosesi sürətlənəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru