Etik qaydaları ən çox pozan icra hakimiyyətləri - SİYAHI

3-06-2021, 22:30           
Etik qaydaları ən çox pozan icra hakimiyyətləri - SİYAHI
Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan yerli icra hakimiyyəti orqanlarında qulluq keçən 201 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabatda bildirilib.

Hesabata əsasən, təhlil zamanı müəyyən olunub ki,

Masallı Rayon İcra Hakimiyyəti üzrə- 19,

Lerik Rayon İcra Hakimiyyəti üzrə- 16,

Qobustan Rayon İcra Hakimiyyəti üzrə- 12,

Samux Rayon İcra Hakimiyyəti üzrə- 11,

Ağcabədi Rayon İcra Hakimiyyəti üzrə- 11,

Tərtər Rayon İcra Hakimiyyəti üzrə- 10,

Beyləqan Rayon İcra Hakimiyyəti üzrə- 9,

Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə- 8,

Zaqatala Rayon İcra Hakimiyyəti üzrə- 8,

Qazax Rayon İcra Hakimiyyəti üzrə- 8,

Bərdə Rayon İcra Hakimiyyəti üzrə- 6,

İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə- 6,

Şamaxı Rayon İcra Hakimiyyəti üzrə- 6,

Ucar Rayon İcra Hakimiyyəti üzrə- 6,

Binəqədi Rayon İcra Hakimiyyəti üzrə- 5,

Qaradağ Rayon İcra Hakimiyyəti üzrə- 5,

Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə- 5,

Yardımlı Rayon İcra Hakimiyyəti üzrə- 5,

Səbail Rayon İcra Hakimiyyəti üzrə- 4,

Ağdam Rayon İcra Hakimiyyəti üzrə- 4,

Ağstafa Rayon İcra Hakimiyyəti üzrə- 4,

dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 11, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən 5, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən 4, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən 4, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 4, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən 3, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən 1 dövlət qulluqçusuna xəbərdarlıq edildiyi bildirilib.

Laçın Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi barədə məlumat verilməyib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilən 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatda 2 intizam tənbeh tədbirinin tətbiq edildiyi göstərilsə də, pozulmuş etik davranış qaydası qeyd edilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.