İsmayıllıda velosiped zavodu dayanmayıb, işləyir.....

10-09-2016, 10:04           
İsmayıllıda velosiped zavodu dayanmayıb, işləyir.....
“Zavod fəaliyyətini dayandırmayıb, qismən fəaliyyət göstərir”
İsmayıllıda ölkə başçısının açılışında iştirak etdiyi “İsma Bikes” velosiped zavodunun fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda, açılışdan sonra zavodun heç bir fəaliyyət göstərmədiyi bildirilib.

Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra hakimiyyətindən “Yeni Müsavat”a bildirildi ki, yayılan məlumatlar tamamilə əsassızdır. İcra hakimiyyətindən o da bildirilib ki, zavod hazırda da fəaliyyətini davam etdirir: “Hər hansı bir fasilə varsa, bu onların daxili işləri ilə bağlı ola bilər. Lakin ümumilikdə, zavodun fəaliyyətinin tam dayandırılması mümkün deyil”.

“İsma Bikes” Velosiped Zavodunun istehsalat müdiri Elnur Əliyev də qaynarinfo.az saytına bildirib ki, yayılan məlumatlar doğru deyil: “Zavod fəaliyyətini dayandırmayıb, qismən fəaliyyət göstərir. Eyni zamand işə götürülən yeni işçilər Bolqarıstanda velosiped zavodunda kurs keçirlər.

Zavodun tam fəaliyyətə düşməməsinin əsas səbəbi, yeni velosiped növlərinin artmasıdır. Əvvəl 5 növ velosiped istehsal etməyi planlaşdırmışdıq, amma sonradan növlərin sayı artdı. Və yeni növ velosipedlər üçün götürülən işçilər də xaricə kurs keçməyə göndərilib.
Hazırda isə yalnız öncədən nəzərdə tutulmuş 5 növ velosiped istehsal olunur. Yaxın 15-20 gün ərzində isə tam fəaliyyət göstərəcəyik".

Qeyd edək ki, tikintisinə 2014-cü ildə başlanan İsmayıllı Velosiped Zavodu avqust ayından etibarən fəaliyyətinə start verib. Açıqlamalara görə, ərazisi 8 hektardan ibarət olan zavodun tikintisi və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırılıb. İlkin mərhələdə zavodda uşaq velosipedindən tutmuş, ən yüksək səviyyəli idman velosipedlərinə qədər 5 çeşiddə velosiped istehsal olacağı bildirilib. Həmçinin qeyd olunub ki, gələcək dövrlərdə velosipedlərin çeşidləri artırılacaq. Zavodda ildə 30 min velosiped buraxılması nəzərdə tutulub. Verilən məlumata görə, burada velosipedlərlə yanaşı, əlil arabaları və digər xəstəxana avadanlıqlarının da istehsalı planlaşdırılır. Zavodun ərazisində idman yarışlarının keçirilməsi üçün yarış treki də tikilib.
teref.az-nun müxbiri İsmayıllı icra hakimiyyəti ilə əlaqə saxlayıb.
Ordanda verilən cavab belə olub.
" Velosiped zavodu işləyir, planlarımızda heç bir dəyişikliklər yoxdur. Daha yeni uğurlara imza atmaq üçün çalışırıq!"
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.