Hər il sadə 1000 amerikalı necə milyonçu olur?

Bu gün, 15:24           
Hər il sadə 1000 amerikalı necə milyonçu olur?
UBS-in 2025 Qlobal Sərvət Hesabatına görə, hər gün təxminən 1 000 amerikalı milyonçu olur. Bu, sadəcə bəxti gətirən azsaylı insanların hekayəsi deyil — bu, dərinlərdə baş verən daha böyük bir iqtisadi dəyişimin göstəricisidir. Niyə hər il “Forbesin” milyonçu və milyarder siyahısında yer alan zənginlərin böyük bir hissəsi amerikalılar olur? Amerikalıların fərdi sərvətinin bu qədər artmasına səbəb nədir?

Valyuta.az xəbər verir ki, amerikalıların bu yüksəlişinin arxasında üç əsas aktiv dayanır.

Daşınmaz əmlak – sabit sərvət yaradan yol

Mühasib və qlobal idarəetmə üzrə mütəxəssis olan Anjelo Krokko, milyonçu olmağın ən çox unudulan, lakin ənənəvi yollarından birinin ev sahibi olmaq olduğunu deyir.

“Son illərdə evlərin qiyməti sürətlə artdı və bu da bir çox ailələrə səssizcə böyük sərvət toplamağa kömək etdi,” – Krokko izah edir.

Bu da o deməkdir ki, kiçik ilkin ödəniş belə uzunmüddətli qazancın açarı ola bilər, xüsusilə də qiymətlərin davamlı yüksəldiyi bölgələrdə. Evin bir hissəsini və ya tamamını icarəyə vermək də əlavə gəlir yaradır.

Səhm bazarı – səbirli olanlar qazanır

Krokkonun sözlərinə görə, xüsusilə texnologiya və enerji sektorlarında səhm qiymətlərinin artımı insanların yığım və investisiya hesablarını böyütdü. Bu insanlar daha çox indeks fondlarına və ya dividend ödəyən səhmlərə yatırım etmişdilər. Krokko bir müştərisinə hər ay 500 dolları indeks fonduna yatırmağı və onun necə altırəqəmli məbləğə çevrildiyni gözləməyi söyləmişdi.

Pensiya planları – avtomatik yığımın gücü

İşəgötürən tərəfindən dəstəklənən pensiya planları səssiz-sakit şəkildə minlərlə adi işçini milyonçuya çevirib, Krokko deyir.

“Bu parlaq görünmür, amma işləyir,” – o qeyd edir.

“Mən çox orta gəlirli insanların, sadəcə planına mütəmadi töhfə verməklə, yeddi rəqəmli pensiya hesabı qurduğuna şahid olmuşam.”

Avtomatik maaşdan tutulmalar yığımı asanlaşdırır, işəgötürənin verdiyi bonuslarsa uzunmüddətli qazancı dərhal artırır.

“Mən elə insanlar tanıyıram ki, onlar çox da yüksək maaş almırdılar, amma hər ay, hər il ardıcıl olaraq maaşdan yığım edirdilər,” – Krokko deyir.

“İlk illərdə artım yavaş görünür, amma bir anda faizlər birləşərək sürətli böyümə yaradır. Və bir gün baxırsan ki, artıq real sərvət toplamısan.”

Uzunmüddətli sərmayədə qalan, bazar enişlərində emosional qərar verməyən insanlar bu səbirli yanaşmanın bəhrəsini görüblər.

Bu da bir daha göstərir ki, vaxt, ardıcıllıq və avtomatlaşdırma hətta kiçik məbləğləri belə ciddi sərvətə çevirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru