Təbii fəlakətlər nəticəsində iqlim zərərləri 320 milyard təşkil edib

Bu gün, 16:24           
Təbii fəlakətlər nəticəsində iqlim zərərləri 320 milyard təşkil edib
2024-cü ildə təbii fəlakətlər nəticəsində iqlim zərərlərinin dəyəri 320 milyard dollar olub.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) üzrə BMT-nin yüksək səviyyəli iqlim lideri Den Yoşpeni İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə gücləndirilməlidir:

"Adaptasiya tədbirlərinin olub-olmamasından asılı olmayaraq, artıq bu sahəyə investisiyalar zərurətə çevrilib".

Bildirib ki, COP30-un fəaliyyət gündəliyində maliyyə məsələsi və uyğunlaşma tədbirləri prioritet sayılır:

"Müxtəlif qlobal və regional təşkilatlarla birlikdə biz milli uyğunlaşma planlarını investisiya edilə bilən formaya salmaq üçün çalışırıq".

D.Yoşpeni əlavə edib ki, insan mərkəzli iqlim həllərinin planlaşdırılması səmərəli olur:

"COP Sədrliyinin beşinci məktubunda təsdiqləndiyi kimi, iqlim fəaliyyətinin mərkəzində insanlar dayanmalıdır. Həqiqi dayanıqlılıq təkcə infrastrukturdan ibarət deyil. Bu, insan həyatını qorumaq, icmaları gücləndirmək və insanların uyğunlaşmaq imkanlarının artırılmasıdır".
Report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru