Ramiz Mehdiyev bu dəfə cinayət məsuliyyətindən canını qurtara biləcəkmi?
Bu gün, 16:06
Hökumət mətbuatı Elmlər Akademiyasında baş vermiş cinayətlərlə bağlı istintaq aparılması haqqında məlumat yayıb. "Kamran Əliyev Elmlər Akademiyasındakı cinayətlərdən danışdı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş vermiş qanun pozuntuları ilə bağlı hərtərəfli istintaq aparılır. Bu barədə jurnalistlərə baş prokuror Kəmran Əliyev məlumat verib. Onun sözlərinə görə, bu cinayət işi üzrə istintaq bir neçə epizod üzrə aparılıb: «Əldə etdiyim məlumata görə, bəzi epizodlar üzrə ibtidai istintaq artıq başa çatıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət yaranarsa, bu barədə əlavə məlumat veriləcək». Adı çəkilən dövr məhz Ramiz Mehdiyevin Akademiyaya rəhbərlik etdiyi dövrdür. Azadlıq Qəzeti