ABŞ-a hücum xəbərdarlığı edildi: Artıq hazırlıq başlayıb

Bu gün, 10:58           
ABŞ-a hücum xəbərdarlığı edildi: Artıq hazırlıq başlayıb
Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-yonq Şimali Koreyanın hərbi gücü barədə sərt xəbərdarlıq edib.
Bu barədə “The Korea Times” məlumat yayıb. Qeyd olunur ki, nazir Almaniyaya rəsmi səfəri zamanı açıqlama verib.
Çunqun sözlərinə görə, Şimali Koreya ABŞ materikinə zərbə endirmək gücünə sahib olan üç ölkədən biridir və bu fakt göz ardına vurulmamalıdır.
Nazir qeyd edib ki, Pxenyan iqtisadi islahatlar və açıqlığa can atırsa, bunu yalnız Cənubi Koreya ilə əməkdaşlıq yolu ilə həyata keçirə bilər.
Çunq həmçinin Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında yeni bir görüşün mümkünlüyünə toxunub. Onun sözlərinə görə, hər iki tərəf görüş istəklərini ifadə edib və Kimin son mesajları həm Vaşinqtona, həm də Seula ünvanlanıb.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru