“Qarabağ” “Kopenhagen”lə oyundan öncə stadionda yenilik EDƏCƏK

Bu gün, 11:34           
“Qarabağ” “Kopenhagen”lə oyundan öncə stadionda yenilik EDƏCƏK
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) ilə oyun öncəsi azarkeşlərə xüsusi sürpriz hazırlayıb.
"Qarabağ"ın rəsmi saytı xəbər verir ki, oyundan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaq.

Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.

Dövrə stadionun atletika zolağında saat 19:35-də start götürəcək.

Verilən məlumata görə bu, azarkeşlər üçün motivasiya məqsədilə nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru