Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və…

Bu gün, 16:46           
Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və…
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində yanğınsöndürən işləyən Pərviz Akif oğlu Yusubov işdən ayrılmaq məcburiyyətində qalıb. O, 2004-cü ildən işlədiyi strukturdan çıxmasına səbəbin cumhuriyyet.az-a burada üzləşdiyi özbaşınalıq olduğunu bildirib. Belə ki, 2025-ci ilin iyun ayının 25-də Pərviz Yusubovu iş yoldaşı öldurməyə cəhd edib. Bölməyə yeni təyin olunmuş zabit Huseynağa Həsrət oğlu Hüseynzadə müxtəlif bədən xəsarətləri yetirməklə onu boğmağa çalışıb. Bu azmış kimi, xidmət zamanı vəzifəsindən və fiziki gücündən sui-istifadə edərək, zabit onun telefonunu da sındırıb.

Şikayətçi cumhuriyyet.az-a bildirib: “Bölmədə baş verən bu hadisə ilə bağlı, qurumun şəxsi heyət üzrə rəisi Sənan müəllimə üz tutdum. Lakin buna görə o da məni eşitmək istəmədi. Konkret desəm, onun təzyiqi nəticəsində işdən çıxmaq barədə ərizə yazdım. Amma Huseynağa barədə heç bir tədbir görülmədi. Çünki o həm Sənan müəllim, həm də hissə rəisi Seymur Baxşiyev tərəfindən himayə olunur.

Hətta Huseynağa Hüseynzadənin dilindən eşitmişəm ki, çağırışa əsasən 102 nömrəli bölməyə gələn zaman Seymur Baxşıyev ondan 6 min manat alıb. Buna görədir ki, hadisə zamanı xəsarət almağımla bağlı həkim rəyləri alsam da, bu nəzərə alınmayıb. Bir sözlə, xidmət zamanı dəfələrlə töhmət almış Huseynağa Hüseynzadə Seymur və Sənan kimi komandırlər tərəfindən beləcə himayə olunub.

Yeri gəlmişkən qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında üç il işlədiyi müddətdə üç dəfə töhmət alan Huseynağa Hüseynzadənin fiziki durumu yanğın xidmətinə uyğun deyil. Nazir Kəmaləddin Heydərovun baş verənlərdən xəbər yoxdur. İnanıram ki, cənab nazirin xəbəri olsa, Lənkərandakı bu qurumda yoxlamalar apartdırıb, konkret Seymur və Sənan barədə ciddi tədbir görəcək. Buna görə, yalnız nazirdən kömək almağa ümidliyəm.

Qeyd edim ki, son illər yeni işə götürülənlər ancaq vəzifəyə təyin olunub. Təcrübəli kadrları isə, Seymur Baxşıyev və Sənan kənarda saxlayıblar. Araşdırılsa, dediklərimin həqiqət olduğu üzə çıxacaq. Bir sözlə, xidmət zamanı dəfələrlə töhmət almış Huseynağa Hüseynzadə Seymur və Sənan kimi komandırlər tərəfindən beləcə himayə olunub. Yeri gəlmişkən qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında üç il işlədiyi müddətdə üç dəfə töhmət alan Huseynağa Hüseynzadənin fiziki durumu yanğın xidmətinə uyğun deyil. Hətta sürücülük hüququ olmadan Yanğından Mühafizə Xidmətinin avtomobilini idarə edir.”


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru