ABŞ-də pilotsuz taksi yol hərəkəti qaydasını pozub
Bu gün, 17:24
ABŞ-nin Kaliforniya ştatının San-Bruno şəhərində polis yanlış dönmə əməliyyatına görə cərimə yazmaqdan ötrü avtomobili saxlayıb. Lakin avtomobilin sükanı arxasında heç kim olmayıb, onun "Waymo" xidmətinin pilotsuz taksisi olduğu üzə çıxıb.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, pilotsuz taksi qırmızı işıqda dönüb. Sürücü olmadığına görə cərimə yazmaq mümkün olmayıb.
"Waymo"dan bəyan ediblər ki, şirkət vəziyyəti araşdırır.