"Forsaj" ulduzunun həbsinə order verildi

Bu gün, 17:58           
"Forsaj" ulduzunun həbsinə order verildi
ABŞ-nin Corciya ştatının Atlanta şəhərində məşhur aktyor və müğənni Tayriz Gibson barəsində heyvanlara qarşı qəddarlıq işi ilə bağlı həbsi üçün order verilib.

"Daily Mail" xəbər verir ki, "Forsaj" filminin 46 yaşlı ulduzunun dörd "kanne korso" cinsli itindən biri qonşunun itinə hücum edərək onun ölümünə səbəb olub.

Polis və Heyvanların Mühafizəsi Xidməti müəyyən edib ki, Gibson itlərini dəfələrlə nəzarətsiz şəkildə küçəyə buraxıb. Müşahidə kameralarının görüntülərində isə hadisədən bir neçə dəqiqə əvvəl bir neçə itin qonşunun qapısını cırmaqladığı əks olunub.

Məlumata görə, bu hadisədən cəmi bir həftə əvvəl də polisə Gibsonun itlərinin küçədə sahibsiz dolaşması barədə azı beş şikayət daxil olub.

Hazırda aktyor Dubayda psixoloji reabilitasiyadan keçir. O, sentyabrın 22-də itlərini Heyvanların Mühafizəsi Xidmətinə təhvil verəcəyini açıqlasa da, bunu etməyib və bir müddət sonra itlər yoxa çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru