Efirdə səhhəti pisləşən Allahverdi Yolçuyevin vəziyyəti necədir? - AÇIQLAMA
Bu gün, 12:32
Aktyor Allahverdi Yolçuyev canlı efirdə səhhətinin qəfil pisləşməsinin səbəblərindən danışıb. Aktyor Qaynarinfo-ya açıqlamasında təzyiqinin yüksəldiyini bildirib: "Narahat idim, özümü pis hiss edirdim. Bilmirəm havadan idi, ya qəbul etdiyim dərmanlardan... Təzyiqimi ölçəndə baxdıq ki, 150-ni ötüb. Gecəni də narahat yatmışdım. İndi bir az yaxşıyam, amma hələ özümə gəlməmişəm". "Belə vəziyyətdə evdən niyə çıxırsınız" sualına aktyorun cavabı belə oldu: "Xahiş etdilər, dostlarımdır, yox demək olmur. Dedim həm də havamı dəyişərəm, bütün günü evdəyəm". Qeyd edək ki, aktyor Allahverdi Yolçuyev canlı efirdə olarkən halı pisləşib. Bu səbəbdən də aktyor efirdən çıxarılıb.