Müğənni Ofelya Şabanova yeni açıqlamaları ilə gündəmə gəlib.
"Cebheinfo.az" xəbər verir ki, ifaçı bildirib ki, corabdan danışandan sonra hər kəs mahnılarına qulaq asmağa başlayıb:
"Niyə qulaq asmırdılar? Gərək Ofelya corabdan danışardı? Buna qədər niyə dinləmirdiniz? Müğənni gəlir fonoqrama oxuyur, hamı da yalandan oxuyan ifaçıya əl çalır. Mən elə oxumaq istəmirəm. 6-7 minə toya gedib, yalandan millətin pulunu alıb, fonoqrama oxuya bilmərəm. Ən azından öz övladlarıma haram pulu yedirə bilmərəm".