Azərbaycanda valyuta giriş-çıxışına qadağa qoyulub? – Mərkəzi Bankdan açıqlama

Bu gün, 10:44           
Azərbaycanda valyuta giriş-çıxışına qadağa qoyulub? –
Sosial şəbəkələrdə yayılan xəbərə görə, bir neçə gündür Azərbaycana valyuta giriş-çıxışı məhdudlaşdırılıb. İddia olunur ki, Mərkəzi Bank pul köçürmələrini dondurub, nə xaricdən valyuta qəbulu, nə də Azərbaycandan pul baratlarının göndərilməsinə icazə verilir.

Bildirilir ki, ötən həftənin 5-ci günü, saat 12-dən sonra pulköçürmə sistemləri fəaliyyətini dayandırıb, bunun səbəbini Mərkəzi Bankın qadağası ilə izah ediblər.

Mərkəzi Bankdan “AzPolitika”-nın sorğusuna cavab olaraq bildirilirdi ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda ökədə fəaliyyət göstərən pulköçürmə sistemləri vasitəsi ilə valyuta qəbulu və göndərilməsi qanunvericilikdə nəzərdə tutulduğu qaydada həyata keçirilir. Heç bir məhdudiyyət qoyulmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru