Onlayn alış-verişdə hansı bankın kartı sərfəlidir? - CƏDVƏL
Bu gün, 16:44
Onlayn alış-veriş vərdişləri sürətlə dəyişir və bu sahədə alıcıların marağını çəkən əsas trendlərdən biri də “cashback” - yəni geri ödəmə mexanizmidir. Bu sistem vasitəsilə istifadəçilər etdikləri xərclərin müəyyən faizini bank kartlarına geri ala bilirlər ki, bu da həm qənaət, həm də alış-verişə əlavə motivasiya yaradır.
“Temu” və “Trendyol” kimi populyar e-ticarət platformaları artıq təkcə münasib qiymətlər və geniş məhsul çeşidi ilə deyil, həm də bu cür cashback imkanları ilə fərqlənirlər. Doğru bank kartı seçimi ilə istifadəçilər bu platformalarda etdikləri alış-verişdən əlavə qazanc əldə edə bilərlər.
“Valyuta.az” bu yazıda “Temu” və “Trendyol”da alış zamanı cashback təqdim edən bank kartlarını, bankların təkliflərini və bir istifadəçinin bu imkanlardan istifadə etməklə nə qədər maksimal gəlir əldə edə biləcəyini təhlil edib.