Çində cinayətkar qruplaşmanın 11 üzvünə ölüm hökmü verildi

Bu gün, 16:18           
Çində cinayətkar qruplaşmanın 11 üzvünə ölüm hökmü verildi
Çinin Vençjou şəhərinin məhkəməsi cinayətkar qruplaşmanın 11 üzvünü ölüm hökmünə məhkum edib.

"The Guardian"nın verdiyi xəbərə görə, qrup 1.4 milyard dollardan çox dövriyyəsi olan qeyri-qanuni qumar oyunları və fırıldaq əməliyyatları təşkil etməkdə, habelə tələblərə tabe olmayan əməkdaşları öldürməkdə ittiham olunub.

Daha beş müttəhimə iki il müddətinə təxirə salınmış ölüm hökmü çıxarılıb. Çin məhkəmə təcrübəsində bu cür hökmlər çox vaxt sonradan ömürlük həbslə əvəzlənir. Digər 12 müttəhim isə 5 ildən 24 ilə qədər həbs cəzası alıb.

Qruplaşmanın cinayətkar fəaliyyəti nəticəsində 14 işçi ölüb. Onlardan 10 nəfəri dələduzluq planlarında iştirak edib və qaçmağa cəhd edərkən və ya rəhbərliyə tabe olmadıqları üçün öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru